Yasamal məhkəməsi ananın 3 uşağının əlindən alınması qərarı çıxarıb

Yasamal rayon məhkəməsinin hakimi Şeyda Həsənova çərşənbə günü vətəndaş Ülviya Həsənovanın övladlarının əlindən alınması qərarı çıxarıb. Bu haqda Turan-a Ü.Həsənova özü bildirib.

O, qərarı əsassız, ədalətsiz və qərəzli sayıb, qərardan şikayət verəcəyini deyib. Ü.Həsənova həyat yoldaşı Rauf Həsənovla 12 il ailə həyatı yaşayıb, bu izdivacdan 11 yaşlı Gülxar, 9 yaşlı Kamil, 6 yaşlı Fərhad adlı övladları var. Həyat yoldaşı Ü.Həsənovanın atasının dayısı oğludur.

Ü.Həsənova R.Həsənovla boşanma ərəfəsində olduğunu deyib və boşanmalarına səbəb kimi əri tərəfin onu bəyənməməsini, imkansız olmasını dilə gətirdiklərini vurğulayıb. O, həyat yoldaşının şirkət rəhbəri kimi kifayət qədər maddi imkanlara sahib şəxs olduğunu bildirib. Ü.Həsənova ailə həyatının dağılmasında səbəb kimi həyat yoldaşından daha çox həyat yoldaşının ailəsini, ailə həyatlarına müdaxilə etmələrini göstərib.

Boşanma ilə bağlı Ü.Həsənova 2014-cü ildə Sabirabad rayonunda məhkəmə iddiası qaldırıb. İddiada boşanma, övladlarının yanında qalmasının təmin olunması, aliment verilməsi tələb edilib. Həsənovlar ailəsi Ü.Həsənovanın  Sabirabad rayon qeydiyyatında olmadığını əsas gətirərək prosesin keçirilməsinə imkan verməyib. Rayon məhkəməsi iddianı Şirvan məhkəməsinə göndərib, Şirvan məhkəməsi də iddianı Bakı şəhər Yasamal rayon məhkəməsinə ünvanlayıb.

Yasamal rayon məhkəməsi öz növbəsində sənədləri Yasamal rayon icra hakimiyyəti yanında qəyyumluq şöbəsinə göndərib. Ü.Həsənovanın sözlərinə görə, qəyyumluq şöbəsi uşaqlara anadan imtina ərizəsi yazdırıb, uşaqların ataları ilə qalması rəyi hazırlayıb. Qəyyumluq şöbəsi bu rəyi çıxarmağa əsas kimi Ü.Həsənovanın övladlarını maddi baxımdan təmin etmək imkanı olmadığını göstərib. Ü.Həsənova bu məsələdə qəyyumluq şöbəsinin əməkdaşı Səidə Qulubəyovanı daha çox günahkar bilir. Bir ilə yaxındır ki, məhkəmə iddiası qaldırdığını deyən Ü.Həsənova cəmi bir dəfə məhkəmə iclası olduğunu və qəyyumluq şöbəsinin əməkdaşı S. Qulubəyovanın tarixi yanlış deməsi üzündən prosesdə iştirak edə bilmədiyini söyləyib. O deyib ki, qəyyumluq şöbəsi çıxardığı rəyi bugünki məhkəmə qərarı ilə qanuni qüvvəyə mindirib.

Ü.Həsənova 6 saylı liseydə təhsil alan övladlarını görməyə dəfələrlə getsə də, qayınatasının ayırdığı mühafizəçilər buna imkan verməyib, bu şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıb. Ana liseyin müəllimlərindən də şikayətçi olub. Belə ki, müəllimlər qəyyumluq şöbəsinin sorğularına Ü.Həsənovanın övladlarına bir dəfə də olsun baş çəkməməsi barədə cavablar göndəriblər. Ü.Həsənova bu cavabları “qayğıkeş ana olmaması” obrazı yaradılması üçün cəhd kimi dəyərləndirib.

397 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Yasamal məhkəməsi ananın 3 uşağının əlindən alınması qərarı çıxarıb

20 Mart 2015

By
@
backtotop